"Socialni Akademiya"
və Azərbaycan Skautlar Assosiasiyasının birgə təşkil etdiyi
"Erasmus+" fondunun "Backpack journalism" layihəsi
çərçivəsində bir qrup azərərbaycanlı və sloveniyalı gənclər xocalıların
müvəqqəti məskunlaşdığı 600 ailəlik qəsəbədə yaşayan şəhid ailəsi Quliyev Zülfü Şahbaz oğlunun evində qonaq oldular. Şəhid ailəsindən sənədli film üçün
müsahibə götürən səyyari jurnalistlərə Xocalı faciəsi haqqında və yeni tikilən
qəsəbədəki şəraitlə bağlı ətraflı məlumat verildi. Dövlətimizin
başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin qaçqın və məcburi köçkünlərə
göstərdiyi diqqət və qayğını bu gün bütün dünyada nümunə kimi göstərməyin lazım
olduğunu onların nəzərinə çatdırıldı. Sloveniyalı gənclər Azərbaycan süfrəsinin
naz-nemətlərini qonaqpərliyimizdən və xoş münasibətimizdən iştaha ilə
daddılar.
Quliyev
Zülfü arzu etdik di, Allah bizə gələn qonaqlarımızı doğma el - obamızda
qarşılamağı qismət eləsin. Sloveniyalı jurnalistlər bu sözlərin təəssüratından
kədərləndilər və deyilən arzulara qoşuldular.
Yaloba kənd
Tarix-Diyarşünaslıq muzeyinə baş çəkən qonaqlar muzeydəki eksponantlara böyük
maraqla baxdılar. Muzeydə qonaqlara qədim xalçalar, klimlər, başqa çoxlu sayda
toxuculuq əşyaları, saxsı və geramikadan hazırlanmış maddi məişət əşyaları,
qədim kənd təsərrüfatı əşyaları və vətənpərvərlik mövzusunda stentlərdən ibarət
sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponantlar
nümayiş etdirildi.
Turizm
səfərlərinə gələn xaricilərin çoxu öz ölkəsinin tanınmış, yaxud da yüksək intellektə malik olan vətəndaşlardır. Həmin insanlara ölkəmizin tarixi və
mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatlar verməklə biz,
Azərbaycanı bütün dünyaya tanıtmış oluruq. Onların çoxu öz ölkələrinə
qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqqında ictimaiyyətə məlumatlar
verir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər.
Görüşün
sonunda xatirə şəkilləri çəkdirildi.
Qalib BƏYMƏMMƏDOĞLU